Azərbaycan Eurovision sarayının tikintisi zamanı ailələrin köçürülməsində ittiham olunur
Britaniyanın “The Telegraph” qəzeti: Azərbaycan hakimiyyəti gələn il keçiriləcək Eurovision Mahnı Müsabiqəsi üçün nəzərdə tutulmuş konser kompleksinin tiklintisi zamanı yüzlərlə ailənin köçürülməsində ittiham edilir
Azərbaycan tarixidə ilk dəfə olaraq keçən il Almaniyada keçirilmiş Eurovision Mahnı Müsabiqəsinin qalib olandan sonra bu tədbirə ev sahibliyi etmək hüququnu qazanmışdır. Azərbaycana qalibiyyəti El/Nikki “Running Scared” mahnısı ilə qazandırmışdır. Ümid var idi ki, bu müsabiqə keçmiş Sovet respublikası və onun prezidenti İlham Əliyevin imicini yaxşılaşdıracaq.
Lakin hakimiyyət insanları evlərindən çıxmağa məcbur etmək üçün onların qazını, işığını və suyunu kəsməkdə ittiham olunur. Həmin binaların yerində müsabiqə üçün kompleks tikilməkdədir. “Human Rights Watch” xəbərdarlıq edir ki, Bakıda qeyri qanuni söküntülər yüzlərlə insanın evlərindən olmasına səbəb olmuşdur.
Sahib olduğu mənizilində 11 ildir ki yaşayan Natalya Əlibəyova deyir ki, bütün üsullarla onun ailəsini köçürməyə çalışırlar ki, konsert sarayı tiksinlər. Ona deyiblər ki, Yeni İl gecəsinə qədər evindən çıxmalıdır. “Onlar deyirlər ki, sən hakimiyyətə qarşı dura bilmərsən və sənin heç bir haqqın və evin yoxdur. Bu dəhşətlidir. Biz hamımız həyəcandan xəstəliyə tutulmuşuq və heç birimizin gözünə yuxu getmir. Tikinti işləri zamanı mənzilimiz silkələnir . Zəlzələ kimi. Kranlar və digər texnika bütün gecəni işləyir, səslərindən yatmaq mümkün deyil.”
The Telegraph







del.icio.us
Digg
Comments (0 posted):
Post your comment