Navigate archive
first first May, 2012 first first
Su Mo Tu We Th Fr Sa
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
Newsletter
Email:
Home | Türkiyə | Azərbaycanlılar İranın Ankaradakı səfirliyi önünə qara çələng qoyublar

Azərbaycanlılar İranın Ankaradakı səfirliyi önünə qara çələng qoyublar

image

Fevralın 4-də Türkiyədə yaşayan azərbaycanlılar İranın Ankaradakı səfirliyi qarşısında aksiya keçiriblər

Media forum saytının məlumatına görə, aksiyanı Türkiyədəki azərbaycanlı icmalarından ibarət Azərbaycanla Həmrəylik Qrupu təşkil edib. Əllərində Azərbaycan və Türkiyənin bayraqları olan aksiya iştirakçıları “Qarabağ türkdür, türk də qalacaq!”, “İran, Azərbaycandan əlini çək!”, “İran, Ermənistana dəstəyini kəs!”, “Təbriz, Bakı, Ankara – birlikdə gücdür!”, “Qarabağı işğal edən Ermənistana yardımları dayandır!”, “Cənubi Azərbaycan türklərinin haqlarını ver!”, “Azərbaycan İran olmayacaq!”, “Yaşasın Azad və Dünyəvi Azərbaycan!”, “Cənubi Azərbaycan türklərinə ana dilində təhsil haqqı!” və başqa şüarlar səsləndiriblər.

Aksiya iştirakçıları həmçinin İran səfirliyinin binası önünə üzərində “İran-Ermənistan qardaşlığına” yazılmış qara çələng qoyublar.

Azərbaycanla Həmrəylik Qrupunun ictimaiyyət üçün yaydığı açıqlamada Ermənistanın 1988-ci ildən başladığı hərbi əməliyyatlar nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğu, on minlərlə azərbaycanlının öldürüldüyü, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü xatırladılıb.

Açıqlamada islamın bayraqdarı olduğunu iddia edən İran İslam Respublikasının Azərbaycanın torpaqlarının işğal edən Ermənistanla hərbi, iqtisadi və siyasi əməkdaşlığı günbəgün artırdığı vurğulanıb: “İranın onunla yaxın qardaşlıq əlaqələrindən cəsarətlənən Ermənistan Azərbaycan torpaqlarının işğalını və vaxtaşırı olaraq müsəlman qanını axıtmağı davam etdirir”.

Azərbaycanla Həmrəylik Qrupu Türkiyədə yaşayan 3 milyon azərbaycanlı adından çıxış edərək İrandan Ermənistanı dəstəkləməkdən əl çəkməsini istədiklərini bəyan edib.

Açıqlamada Azərbaycanla Həmrəylik Qrupu İranı Azərbaycanın daxili işlərinə qarışmaqdan vaz keçməyə, işğalçı Ermənistana yardım göstərməyi dayandırmağa və Cənubi Azərbaycanda yaşayan 35 milyon azərbaycanlının hüquqlarına hörmətlə yanaşmağa çağırıb.

Add to: Add to your del.icio.us del.icio.us | Digg this story Digg         FacebookFacebook

Comments (0 posted):

Post your comment comment
Please enter the code you see in the image:
  • email Email to a friend
  • print Print version
  • Plain text Plain text
Rate this article
0
Powered by TheAzMedia.com v4.1.5.1